Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İNHA Universitetinin birgə həyata keçirdiyi ikili diplom proqramının (İDP) tələbələri 2-ci Koreya dili danışıq müsabiqəsində uğur əldə ediblər.

 

BMU-da fəaliyyət göstərən Xırdalan King Seconq İnstitutunun təşkilatçılığı və dəstəyi ilə keçirilən müsabiqədə tələbələr başlanğıc və orta səviyyələr üzrə çıxış edib.

 

I və  II kurs tələbələrinin aktiv iştirakı ilə baş tutan müsabiqədə başlanğıc səviyyə üzrə I yeri Vətəngül Abdiyeva, II yeri Nigar Novruzova, III yeri Nuray Cumayeva tutub. Orta səviyyə üzrə isə II yerə Səidə Hüseynli, III yerə isə Aydın Yusifov çıxıb.

 

BMU-İNHA İDP-nin adları yuxarıda qeyd olunan qalib tələbələrinə münsiflər heyəti tərəfindən müvafiq sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, BMU-İNHA İDP tələbələrinə ilk semestrdən etibarən Koreya dili tədris olunur.