Dekabrın 28-i saat 19:30-da “Yeni çağırışlar” proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı Ziya Selçuk olacaq.  


Türkiyənin tanınmış elm xadimi ilə "Uşaqları məktəbə yox, məktəbi uşaqlara hazırlamaq" mövzusu ətrafında danışılacaq.  


Ziya Selçuk 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. O, "40 dəfə söyləmişəm", "Təhsil psixologiyası", "Həyatın içindəki tədris proqramı" və digər kitabların müəllifidir.  


Proqram Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.