Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Ann Buayon ilk dəfə Azərbaycan-Fransız  Universitetində (UFAZ) olub.

 

UFAZ rəhbərliyi - direktor Vazeh Əskərov və baş katib Elizaveta Bydanova tərəfindən qarşılanan Fransa səfiri əvvəlcə UFAZ-ın əsas binası, daha sonra təhsil ocağının laboratoriya korpusu ilə tanış olub.  Ona UFAZ-ın yaranma tarixi, tədris prosesi və elmi sahədə əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verilib. 

 

Səfir Ann Buayon Fransa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə UFAZ-ın əhəmiyyətli roluna toxunub. 

 

O, həmçinin 2022/2023-cü tədris ilinin ikinci semestrində təcrübə keçmək üçün Fransaya gedəcək tələbələr, Fransada keçiriləcək ActInSpace beynəlxalq hakatonunun finalında iştirak edəcək qalib komandanın üzvləri ilə görüşüb.

 

Sonda UFAZ rəhbərliyi səfirə ali məktəbi ziyarət etdiyi üçün təşəkkürünü bildirib,  yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.