Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rektorunun IT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev və kompüter mühəndisliyi kafedrasının dosenti Yaşar Hacıyev İsveç İnstitutu tərəfindən maliyyələşdirilən “CyberEdu” layihəsi çərçivəsində İsveçin Stokholm Universitetində işgüzar səfərdə olublar.

 

Səfər zamanı layihə çərçivəsində əldə olunmuş nailiyyətlər barədə müzakirələr aparılıb və 2023-cü ilin yanvarında təqdim ediləcək yekun hesabatın strukturu təyin edilib. Bununla yanaşı, tərəfdaşlar arasında digər potensial əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, "CyberEdu" layihəsi çərçivəsində partnyor universitetlərdə kiber-təhlükəsizlik üzrə ixtisaslaşmaların yaradılması nəzərdə tutulub. Layihədə Azərbaycan, Gürcüstan, Polşa, Ukrayna və İsveç iştirak edir.