Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

 

Universitetdən bildirilib ki, imtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib, mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib. İmtahanlar  hər iki tədris binasında üç növbədə təşkil olunub.

 

Hər fənn üzrə tələbələrin imtahana qədər qiymətləndirmə balları müvafiq fakültələr tərəfindən tələbələrə elan olunub.

 

Akademik borcu olan tələbələr üçün təkrar imtahanlar cari sessiya müddətində keçiriləcək.

 

Bu sessiyada akademik borcu yaranacaq tələbələr üçün isə təkrar imtahanlar  2 fevral tarixindən 11 fevral tarixinə qədər təşkil olunacaq.

 

Sessiyanın gedişinə operativ nəzarəti, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və müvafiq fakültələr üzrə  Apelyasiya Komissiyası yaradılıb.