Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyası qrafik üzrə davam edir.

 

Universitetdən bildirilib ki, hazırda ölkə ərazisində və paytaxt Bakıda müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.

 

Bununla belə, ADPU rəhbərliyi kəskin hava şəraiti ilə əlaqədar yarana biləcək problemləri nəzərə alaraq, imtahanlarda iştirak edə bilməyən və ya imtahana gecikən tələbələri üzürlü sayacaq, onlara əlavə vaxt təyin edilərək iştirak edə bilmədikləri və ya gecikdikləri imtahanlara yenidən qatılma imkanı yaradılacaq.