Yanvarın 15-də Macarıstan tərəfindən 2023-2024-cü tədris ili üçün elan edilən təqaüd proqramına sənəd qəbulu yekunlaşacaq. Sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq.

 

Namizədlər həmin tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər.

 

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.

 

Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.