2022/2023-cü tədris ilinin yaz semestrində Azərbaycan-Fransız Universitetinin (UFAZ) magistratura pilləsinin 2-ci kursunda təhsil alan 24 tələbəsi istehsalat təcrübəsi keçmək və dissertasiyalarını müdafiə etməklə əlaqədar Fransanın 4 fərqli şəhərində 10 müxtəlif laboratoriyada təhsillərini davam etdirəcək.

 

UFAZ-dan bildirilib ki, tələbələr semestr ərzində laboratoriyada fransalı müəllimlərin rəhbərliyi altında çalışacaqlar.

 

Proqramda iştirak edən tələbələrdən 9 nəfər “Verilənlər elmi və Süni intellekt”, 8 nəfər “Fiziki kimya/ Kimya mühəndisliyi”, 7 nəfər isə “Yer elmləri” ixtisası üzrə UFAZ-da təhsil alır.

 

2022-ci ilin sentyabr ayından UFAZ-ın 2 tələbəsi magistratura təhsillərinin ikinci ilini Strasburq Universitetində davam etdirir. Onlardan 1-i “Kimya-informatika”, 1-i isə “Fiziki və analitik kimya” ixtisasları üzrə təhsil alır. 

 

Qeyd edək ki, UFAZ tələbələri təcrübə laboratoriyalarını özləri axtarıb tapırlar. İstehsalat təcrübələrinin Fransada təqaüd ilə təmin olunması isə tələbələrin yüksək nəticələri ilə bağlıdır.