Azərbaycan Tibb Universitetində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev və Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri dosent Kamandar Yaqubov imtahanın gedişini izləyiblər.

 

İmtahan prosesi ilə yaxından tanış olan professor S.Əliyev, eyni zamanda  tələbələrin hər hansı problemlə üzləşib-üzləşmədikləri ilə maraqlanıb. Prorektor imtahanın yaxşı təşkil edildiyini, cədvəllərin qaydasında olduğunu bildirib: “Tələbələr vaxtında gəlir, imtahanlarını verirlər. İmtahana nəzarət də qaydasındadır. Doğrudur, biz uzun illər bu məsələni həll etməyə çalışırdıq. Son illər bu məsələ öz həllini tapıb. Tələbələrin də heç bir narazılıq və narahatlığına rast gəlmədim. Düzdür, bəzi kafedralarda testlərin tərtibində müəyyən problemlər qalır, yəqin bu məsələ də növbəti imtahanlaradək öz həllini tapacaq”.

 

Professor S.Əliyev imtahan prosesinə cavabdeh şəxslərə lazımi tapşırıq və tövsiyələrini də verib.