Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) qardaş Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən təbii fəlakətdən kədərləndiyini bildirir və türkiyəli qardaş və bacılarımıza dərin hüznlə başsağlığı verir.

 

Son günlərdə çoxsaylı elm və təhsil işçiləri zəlzələdən zərərçəkmiş bölgələrə yardım məqsədilə müraciətlər edir, fərdi qaydada vəsaitlərin toplanması təşəbbüsünü irəli sürürlər.

 

Minlərlə müəllimi birləşdirən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası elm və təhsil icmasının üzvlərinin könüllü yardım təşəbbüslərini sistemli şəkildə həyata keçirilməsi məqsədilə yardım kampaniyasına start verib.

 

Əziz həmkarlar, aşağıda qeyd olunan vasitələrlə könüllü olaraq yardım kampaniyasına qoşula bilərsiniz:

 

1. Aşağıdakı keçidə daxil olmaqla onlayn qaydada ianə;

2. eManat ödəniş terminalı: Təhsil Xidmətləri bölməsindən AGMA-ya daxil olaraq eManat ödəniş terminalı vasitəsi ilə ianə.

3. İş yerinizdə ərizə yazmaqla yardım kampaniyasına ianə (əlavə olunan ərizəni dolduraraq, işlədiyiniz  müəssisənin  rəhbərliyinə və mühasibatlığına təqdim etməklə);

4. Bank köçürməsi yolu ilə ianə (aşağıdakı keçiddə qeyd olunan rekvizitləri çap edərək bank filialları vasitəsilə köçürmə etməklə);

 

Keçid: http://iane.agma.az

 

Qaynar xətt: (051) 206-79-71