“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, son  4 ay ərzində Bakı Dövlət Universitetinin (BDU) Hirş indeksi 2 bal artaraq 55 olub.

 

Universitetdən bildirilib ki, hər bir əsərə istinadların orta sayı isə 6.68-ə qədər yüksəlib.

 

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3744 elmi əsər nəşr edilib. Bu əsərlərə 25000-dən çox istinad olunub. 2022-ci ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilən əsərlərə 5470-dən çox istinad edilib ki, bu da 2018-ci ildə edilmiş istinadlardan (1771 istinad) 3 dəfə çoxdur.

 

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında liderliyini qoruyur.