Təlimdə Dövlət İmtahan Mərkəzinin (DİM) İmtahanların təşkili və idarəedilməsi departamentinin Xüsusi növ imtahanların təşkili və idarəedilməsi üzrə sektorunun əməkdaşları tərəfindən imtahanın strukturu, imtahan prosesi və nəzarətçilərin rolu haqqında məlumat verilib.

 

Qurumdan bildirilib ki, təlimdə iştirak edən nəzarətçilərin sualları cavablandırılıb və imtahan zamanı yarana biləcək hallarla bağlı müzakirə aparılıb, eyni zamanda ekspertlərin təqdim etdikləri təkliflər qeydə alınıb.

 

Təlim zamanı DİM ilə Gənclər və İdman Nazirliyi arasındakı birgə əməkdaşlığa toxunulub, eləcə də bədən tərbiyəsi və idman istiqamətləri üzrə qabiliyyət imtahanlarına dair görüləcək maarifləndirici tədbirlər barədə danışılıb. İmtahanların ən uğurlu beynəlxalq təcrübə əsasında keçirilməsi üçün əsas məqamlar vurğulanıb.

 

Qeyd edək ki, təlimdə 45 nəfər nəzarətçi iştirak edib.