Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Litva Respublikasının Vytautas Magnus Universitetinin (VMU) nümayəndəsi ilə görüş keçirilib.

        

Görüşdə VMU-nun prorektoru dos. dr. Vilma Bijeikienė və ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.

 

Görüş zamanı rektor C.Cəfərov və prorektor E.Aslanov ADPU-nun fəaliyyəti, tarixi, strukturu, təhsil proqramları barədə məlumat veriblər. Litva universitetləri ilə əlaqələrin əhəmiyyəti, mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə hər iki tərəfin maraqlı təklifləri və maraq doğuran layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonda qonağa hədiyyə təqdim olunub.