İndoneziyanın Mərkəzi Yava və Cokyakarta xüsusi regionunun sərhədində yerləşən Merapi vulkanı bu gün səhər saatlarında iki dəfə tüstü və kül püskürüb.

 

Sinxua agentliyi xəbər verir ki, İndoneziyanın geoloji fəlakətlərin tədqiqi mərkəzi vulkanın yerli vaxtla saat 05:50-də və 05:59-da qaynar kül püskürdüyü barədə məlumat yayıb. Hakimiyyət orqanları yaxınlıqda yerləşən rayonların sakinlərini vulkanın kraterindən azı yeddi kilometr uzaq durmağa çağırıb.

 

İndoneziyanın 130 vulkanı arasında ən aktivlərindən biri olan Merapinin statusu 2020-ci ilin noyabrından bəri ikinci səviyyədə qalır. 2010-cu ildə burada baş verən püskürmə nəticəsində 300-dən çox insan həlak olmuş, 20 mindən çox sakin isə evlərini tərk etmək məcburiyyətində qalmışdı.

 

Azərtac