Almaniyanın Frankfurt şəhərində “7. Uluslararası Avrupa disiplinlerarası bilimsel araştırmalar kongresi” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib.

 

“Zoom” platforması üzərindən baş tutan konfransda Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun triboloji xassələrə malik üzvi birləşmələr laboratoriyasının mühəndisi Şəfa Kazımzadə “Kükürd və bor saxlayan birləşmələr sürtkü yağlarına sürtünməyə qarşı aşqar kimi” (SULFUR-, BORON-CONTAINING COMPOUNDS AS EP ADDITIVES TO LUBRICANT OILS) mövzusunda ingilis dilində məruzə edib. Məruzəsində transmissiya yağlarının keyfiyyət göstəricilərini yaxşılaşdırmaq üçün əlavə olunan aşqarlardan bəhs edən alim konfrans iştirakçılarının suallarını da cavablandırıb.