Paytaxtdakı 204 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif  şagirdləri  Dövlət Sərhəd Xidməti Akademiyasında ekskursiyada olublar.       

 

Akademiya rəhbərliyi və qonaqlar öncə “Heydər Əliyev guşəsi”ni və “Dəmir yumruq” abidə kompleksini ziyarət edib və  abidə önünə gül dəstələri qoyublar. Sonra şagirdlərə bildirilib ki, 2007-ci ildən fəaliyyət göstərən Dövlət Sərhəd Xidməti Akademiyasında peşəkar, savadlı,vətənpərvər, yüksək ixtisaslı hərbi-pedaqoji heyət çalışır.

     

Ekskursiya zamanı şagirdlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində canlarını fəda edən igid sərhədçilər barədə toplanan məlumatlarla yaxından tanış olublar.

    

Sonda məktəblilər kursantların dərs prosesini izləyib və onların məişət şəraiti ilə tanış olublar.

 

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd şagirdlərdə sərhədçi peşəsinə marağı artırmaq olub.

 

Sifai SƏFƏROVA