Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin iştirakı ilə 20-dən çox ali təhsil müəssisələrin nümayəndələri üçün UNESCO kafedraları ilə əlaqədar məlumat sessiyası keçirilib.

 

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə səfir Elman Abdullayev iştirakçılara UNESCO kafedralarının fəaliyyəti, müraciət forması və qaydası, UNITWIN  şəbəkəsinin əhəmiyyəti haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.