AzMİU əməkdaşları təlimdə iştirak ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “WORK4CE” layihəsi çərçivəsində Belçikanın KU Leuven Universitetinin təşkilatçılığı ilə keçirilən təlimdə iştirak ediblər.

 

Təlimdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru, İqtisadi nəzəriyyə ve marketinq kafedrasının müəllimi İsa Muradov və həmin kafedranın digər müəllimi Kənan Həsənov iştirak ediblər.

 

AzMİU əməkdaşları “M06 – Safework Places” və “M09 – Developing Digital Business Ecosystem” modulları üzrə dörd seminarla çıxış ediblər.

 

5 gün davam edən görüşdə layihənin digər beynəlxalq iştirakçıları da çıxış  edib, layihə haqqında fikir mübadiləsi aparıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.

 

Qeyd edək ki, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “WORK4CE” layihəsinə üzv olan ölkələr Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transformasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir.