Aprelin 6-da elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı Nümayəndəliyinin rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Querios ilə görüşüb.

 

Görüş zamanı Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində həyata keçirilən layihələr nümunəsində cari vəziyyətdən məmnunluq ifadə edilib və mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.