Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6–14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri [email protected]  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.

 

 Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.