Azərbaycan Texnologiya Universiteti (UTECA) Almaniyanın Şmalkalden Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava Ekologiya və Menecment Universiteti, İspaniyanın Jaen və Granada universitetləri ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir.

 

Universitetdən bildirilib ki, əməkdaşlıq çərçivəsində UTECA-nın 5 tələbəsinə Almaniya, Polşa və İspaniyada bir  semestr müddətinə ingilis dilində təhsil almaları üçün qrant ayrılıb.
 

Proqrama universitetin iqtisadiyyat və idarəetmə, avtomatika, telekommunikasiya və informatika, yüngül sənaye mühəndisliyi və logistika fakültələrinin I və II kurs tələbələri, eyni zamanda I kurs magistr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.