Gənclər və İdman Nazirliyi, Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı və ictimai fənlər kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar inşaat, nəqliyyat və tikinti, iqtisadiyyat fakültələrində görkəmli siyasi xadim Heydər Əliyevə həsr edilmiş seminarlar keçirilib.

 

Ümumilikdə 250-ə yaxın tələbəni əhatə edən seminarlarda əsas məqsəd Ümummilli Liderin  irsini müxtəlif istiqamətlərdə tələbələrə çatdırmaq olub.