Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və rəqəmsal iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Proqramlaşdırma olimpiadası" keçirilib.

 

Olimpiadada 12 komanda və hər komandada 3 nəfər olmaqla, 36 tələbə iştirak edib. Qalib komandalar diplom və mükafat, digər komandalar isə iştirakçı sertifikatı ilə təltif olunub.