Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi universitetin Heydər Əliyev Muzeyini ziyarət edib.

 

Tələbələr muzeydə Ulu Öndərlə bağlı fotolar və digər materiallarla tanış olublar.

 

Qeyd edək ki, AzMİU-nun Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto və videolarla yanaşı, onun universitetlə bağlı qərarları, universitetə səfəri, eləcə də ölkəmizin memarlığı, inşaat sektorunun inkişafı ilə əlaqədar xidmətlərini nümayiş etdirən müxtəlif materiallar yer alır.