Azərbaycan Texnologiya Universitetində (UTECA) bu ali məktəblə Azərbaycan Texniki Universiteti (AzTU) arasında Əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənədə UTECA-nın rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və AzTU-nun rektoru professor Vilayət Vəliyev imza atıb.

 

Memorandumda müəllim, doktorant və dissertantların, magistr və bakalavr tələbələrinin akademik, eləcə də qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, birgə elmi-tədris layihələrinin (proqramların) işlənib hazırlanması və həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ixtisasartırmasının təşkili, aktual istiqamətlər üzrə birgə elmi-tədqiqatların aparılması, təhsil-innovativ (elmi) konsorsiumların təşkili kimi bir sıra məsələlər  öz əksini tapıb.

 

Bu barədə UTECA-dan bildirilib.