“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə imtahanı keçirilib.

 

İştirakçıların onlayn formada qatıldıqları imtahanda 7806 namizəd iştirak edib. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla, 4 blok üzrə təqdim olunub. İmtahan üçün hər blok üzrə 25 dəqiqə olmaqla, ümumilikdə 2 saat vaxt ayrılıb. Ümumi biliklər üzrə imtahanı uğurla başa vuracaq iştirakçılar qabiliyyət imtahanında iştirak haqqı qazanacaqlar. Qabiliyyət üzrə onlayn mərhələnin sınaq imtahanı aprelin 30-da, əsas imtahan isə mayın 7-də keçiriləcək. Qabiliyyət imtahanında testlər abstrakt düşüncə, rəqəmsal və verbal məlumatlarla işləmək bacarığı olmaqla, 3 blok üzrə təqdim ediləcək.

 

“Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.