Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) bakalavr və magistr tələbələri Rəqəmsal İnkişaf və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə reallaşan “Technest” təqaüd proqramında iştirak hüququ qazanıblar.

 

“Texnolab” MMC-də keçirilən imtahan və müsahibə prosesində şirkətin təsisçisi Şaban Çərçiyev, direktoru İlkin Nəsirli, UNEC-in Karyera Mərkəzinin direktoru Aytac Rzayeva və mütəxəssislər iştirak ediblər. 

 

Təqaüd proqramında iştirak hüququ qazanan UNEC-in 16 bakalavr və magistr tələbəsi 8 ay müddətində, həftədə iki dəfə olmaqla, “Texnolab”ın Təlim şöbəsində təcrübə keçəcəklər. Proqramı uğurla bitirənlər adıçəkilən nazirlikdə iş imkanı əldə edəcəklər.