Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisəsinin akademik heyət üzvlərinə institusional akkreditasiya ilə bağlı keçirilmiş “Xarici keyfiyyət təminatı” mövzusunda təlim proqramı iştirakçılarının təltifetmə mərasimi təşkil olunub.

 

Universitetdən bildirilib ki, sertifikatların təqdim olunması mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov və TKTA-nın İdarə Heyətinin sədr müavini Kamran Rəsulov çıxış ediblər.

 

Qeyd edək ki, bir neçə ay davam edən bu təlimlərə Pedaqoji Universitetin 52 nəfər akademik heyət üzvü qatılıb.