Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə World Karyera Peşə Mərkəzinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “Peşəkar danışır” layihəsi davam edir. Layihə çərçivəsində növbəti görüş Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.

  

Agentlikdən bildirilib ki, tələbələr 10 ildən artıqdır, moda və dizayn sahəsində böyük təcrübəyə malik olan Kübra Nuriyeva ilə görüşüblər. Qonaq tərəfindən müvafiq istiqamətlərdə təhsil alan tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda keçirilən əyləncəli viktorinanın qaliblərinə müxtəlif hədiyyələr təqdim edilib.

  

Qeyd edək ki, layihənin məqsədi müxtəlif peşə sahələrində tanınan peşəkarlarla tələbələri bir araya gətirmək və gənclərin peşəkarların təcrübələrindən yararlanmalarını təmin etməkdir. / 1