Aprelin 26-dan Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin buraxılış vərəqələrinin çap edilməsi prosesinə başlanılıb. 


Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən buraxılış vərəqələrini çap edə bilərlər.


Qeyd edək ki, aprelin 30-da ümumi təhsil müəssisələrinin V sinif şagirdləri arasında Lütfi Zadə adına məntiq olimpiadası və VI,VII sinif şagirdləri arasında məktəblilərarası fənn müsabiqələri keçiriləcək.