Bakı şəhərində sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib. 

  

Görüşdə paytaxtın Yasamal, Nəsimi, Səbail, Binəqədi və Nərimanov rayonları üzrə ümumtəhsil məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak ediblər. 

  

Görüş müddətində iştirakçılar sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə məlumatlandırılıblar. 

   

Görüşdə çərçivə sənədinə dair müvafiq fənlər üzrə təqdimatlar dinlənilib, həmçinin imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.