2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında bağlanmış Erasmus+ müqaviləsi (Fəaliyyət 1) çərçivəsində tələbə-müəllim heyəti mobilliyi uğurla həyata keçirilir.

 

Hazırda ADPU-nun ibtidai təhsil fakültəsinin III tədris ili tələbəsi Fatimə Rəhimova və II kurs tələbələri Fəridə Qəmbərova, Xədicə Rzayeva, kimya və biologiya fakültəsinin IV tədris ili tələbəsi Rəvan İdrisli Erasmus+ proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin yaz semestri üçün təhsillərini Kopenhagen Universitet Kollecində davam etdirirlər.

 

Mübadilə proqramı tələbələrə milli mədəniyyəti bölüşmək və paylaşmaq vasitəsi ilə şəxsi inkişafa və özünü kəşf etməyə, həmçinin dil bacarıqlarının daha da inkişaf etməsinə imkan yaradır.