Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının inkubator-rezidenti olan “SmFreshOil“in “Bravo” marketlər şəbəkəsinin “20 Yanvar” filialında ikinci “SmFreshOil by ABAD” stendi istifadəyə verilib.

 

“ABAD” publik hüquqi şəxsin dəstəyi ilə istifadəyə verilən “SmFreshOil by ABAD” stendinin açılış mərasimində “SmFreshOil” brendinin sahibi, “ABAD”çı Maya Səbzəliyeva, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova, Əməkdar artist Fərqanə Qasımova, “ABAD” publik hüquqi şəxsin rəsmi nümayəndələri, bir sıra tanınmış şəxslər və blogerlər iştirak ediblər.

 

Qeyd edək ki, bu stenddə də müştərilərin gözü önündə soyuq sıxım yağlar və çərəzlərdən müxtəlif əzmələr hazırlanaraq yerindəcə müştərilərə təqdim olunacaq.

 

Bundan başqa, “SmFreshOil by ABAD” stendində soyuq sıxım yağlar, əzmələr, qlütensiz unlar, məcunlar və orqanik şokolad pastaları, bəkməz və s. kimi müxtəlif çeşiddə sağlamlığa faydalı məhsulların satışı həyata keçiriləcək.

 

Ünvan: Tbilisi prospekti, 3007-ci məhəllə (20 Yanvar m/s yanı), "BRAVO" Hipermarket.

 

Xatırladaq ki, ilk “SmFreshOil by ABAD” stendi ötən ilin aprel ayından etibarən "Bravo" Koroğlu hipermarketində uğurla fəaliyyət göstərir.