Almaniyanın “Siemens Energy” şirkətinin Elm və təhsil departamentinin rəhbəri Yaşar Musayev, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini Kamran Hüseynov, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Heike Schvarz və bir sıra alman şirkətlərinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

 

Görüş zamanı “Siemens” şirkətinin AzTU-da yaşıl enerji texnologiyaları üzrə laboratoriyanın qurulmasında dəstək imkanları müzakirə olunub.

 

Bundan başqa, birgə konfransların keçirilməsi, Almaniyanın bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən müəssisələri ilə AzTU arasında elmi-texniki əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.