Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın Ali Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin (QAA) assosiativ üzvlük proqramına qoşulub. 

 

Təhsil ocağından bildirilib ki, bu üzvlük Bakı Ali Neft Məktəbinə Agentliyin ali təhsil müəssisələri üçün yaratdığı faydalı resurslarla təmin olunmaq imkanı yaradır. Bundan əlavə, üzvlük nəticəsində BANM keyfiyyətin təminatı üzrə keçirilən tədbir, seminar və brifinqlərdə iştirak hüququ əldə edir. Ümumilikdə BANM-ın 1000 nəfərlik işçi və tələbə kontingenti Agentliyin təmin etdiyi imkanlardan faydalanacaq. BANM-ın böyük fayda əldə edəcəyi bu əməkdaşlıq Ali Məktəbin uzunmüddətli hədəflərinə çatmasında da rol oynayacaq.

 

Qeyd edək ki, Böyük Britaniyanın Keyfiyyətin Təminatı Agentliyi keyfiyyət təminatı üzrə nüfuzlu müstəqil qurumdur və ali təhsilə, tələbələrə fayda vermək üçün fəaliyyət göstərir.