Layihə çərçivəsində tələbə qızlarla növbəti görüş


Təhsilin İnkişafı Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində tələbə qızlar ilə növbəti görüş keçirilib.

 

Tələbə qızlarla hər görüşdə onların təhsilə, öyrənməyə və şəxsi inkişafa nə qədər böyük maraq göstərdiklərinin şahidi oluruq. Bütün bunları nəzərə alaraq, TİF layihədə iştirak edən qızlar üçün motivasiya görüşləri, peşəkar təlim və seminarlar təşkil edəcəkdir.

 

Fond qızların yalnız təhsili deyil, eləcə də onların şəxsi və karyera inkişafı üçün məsləhət və dəstək xidmətlərini də nəzərdə tutur.