Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin London şəhərində ənənəvi formatda keçirilən Dünya Təhsil Forumunda iştirakı davam edir.

 

Emin Əmrullayev forumun “Davamlılığın inkişafında təhsil və təhsil sistemlərinin inkişafında davamlılıq hansı rola malikdir?” adlı 7-ci plenar sessiyasında çıxış edib.

 

Nazir təhsilin davamlılığı baxımından görülən işlər, xüsusilə işğaldan azad olunmuş ərazilərdə tədrisin bərpası haqqında forum iştirakçılarını məlumatlandırıb.