Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – BDU-nun dünya şöhrətli məzunu” adlı esse müsabiqəsinin nəticələri elan edilib.

 

BDU-dan bildirilib ki, müsabiqəyə 70-dən artıq esse təqdim olunub. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

 

Müsabiqə komissiyasının qərarı ilə tarix fakültəsinin II kurs magistrantı Nuridə Süleymanova  I, mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Zeynəb Hacıyeva II,  jurnalistika fakültəsinin IV kurs tələbəsi Əsgər İsmayılov III yerə layiq görülüblər.

 

Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və filologiya fakültəsinin II kurs tələbəsi Almaz Məmmədova isə həvəsləndirici yerləri qazanıblar.

 

Qalib esse müəllifləri diplom, pul mükafatı və hədiyyələrlə təltif ediliblər.