“Yüksəliş” müsabiqəsi Bakı Slavyan Universitetində (BSU) “Uğurlu təqdimatın sirləri” mövzusunda təlim təşkil edib.

 

Təlimdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı sərəncamla “Yuksəliş” müsabiqəsinin təsis olunduğunu diqqətə çatdırıb, bu müsabiqənin məqsədinin yüksək peşəkar bacarıqlara malik kadr bazasının formalaşmasından ibarət olduğunu deyib. Rektor “Yüksəliş” müsabiqəsinin ekspert və qaliblərinin universitetin gənc əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə silsilə təlimlər keçirəcəyini qeyd edib.

 

Təlimdə insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəsi olan Vüsalə Kərimova “Yüksəliş” müsabiqəsinin keçirilmə qaydası, qiymətləndirmə meyarları haqqında ümumi məlumat verib.

 

Sonra təlimçi təqdimatın düzgün qurulması, ictimaiyyət qarşısında çıxış zamanı vacib məqamlar və digər faydalı məlumatları iştirakçılarla bölüşüb.

 

Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, təlimlərin sonunda iştirakçılar imtahanın nəticəsinə görə sertifikatla təmin olunacaqlar.