Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aydan Zeynalova COMSTECH (İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə Daimi Komitəsi) tərəfindən Pakistanın paytaxtı İslamabadda təşkil olunmuş “Çin - COMSTECH Əməkdaşlıq Təşəbbüsü; İƏT Üzv Dövlətlərində Ənənəvi Tibb və Müttəfiq Biotibbi Elmlərdə Əməkdaşlığın Gücləndirilməsi” adlı vebinarda iştirak edib. Tədbirdə tədqiqatçılar, elmi-tədqiqat laboratoriyaları, müvafiq sənaye sahələrinin əməkdaşları və İƏT-ə (İslam Əməkdaşlıq Təşkilatı) üzv dövlətlərin nümayəndələri çıxış ediblər.

 

Tədbirdə  birgə laboratoriyaların yaradılması, İƏT-ə üzv dövlətlərin alimləri üçün mübadilə proqramları və məhsul əsaslı tədqiqatlar kimi əməkdaşlığın aspektləri də müzakirə edilib. Vebinarın sonunda Aydan Zeynalova COMSTECH-in ümumi koordinatoru Prof. Dr. İqbal Çaudari tərəfindən sertifikata layiq görülüb.