Mayın 19-da ADA Universitetinin rektoru Hafiz Paşayev Gürcüstan Texniki Universitetinin (GTU) fəxri doktoru adına layiq görülüb.

 

GTU-nun rektoru David Qurqenidze bildirib ki, universitetin Elmi Şurası ADA Universitetinin rektoru Hafiz Paşayevin fəxri doktor adına layiq görülməsi barədə qərar qəbul edib. Rektor GTU-nun fəxri doktoru diplomunu və fəxri döş nişanını Hafiz Paşayevə təqdim edib.

 

Hafiz Paşayev öz növbəsində GTU-nun rektoru və Elmi Şurasına minnətdarlığını bildirib.