Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində Erasmus+ proqramı çərçivəsində “Beynəlxalq həftə” keçirilib.

 

Tədbirdə iştirak edən Azərbaycan Texniki Universitetinin (AzTU) iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əməkdaşlıq və mübadilə qrupunun rəhbəri Mənzər Məmmədli AzTU haqqında təqdimatla çıxış ediblər.

 

5 gün davam edən tədbir çərçivəsində transmilli təhsil tərəfdaşlığı, Erasmus+ çərçivəsində mümkün mübadilə və layihə fürsətlərinin dəyərləndirilməsi və həyata keçirilməsi mexanizmləri ilə bağlı təlimlər, müxtəlif fakültələrdə isə görüşlər təşkil  olunub. 

 

Səfər çərçivəsində  AzTU nümayəndələri hazırda Buxarest İqtisadiyyat Universitetində Erasmus+ mübadilə proqramı çərçivəsində təhsil alan iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri Emil Gebekbəyov və Ramiz Səlimovun fəaliyyəti ilə də tanış olublar.