Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Bahçeşehir Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə ADPU-nu universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Gülnar Ələkbərova, Bahçeşehir Universitetini isə rektor professor Şirin Karadeniz Oran, ULMER direktoru İhsan Alpargin, Qlobal Ofis direktoru Girayhan Yılmaz təmsil ediblər.

 

Görüşdə, həmçinin Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının nümayəndələri də iştirak ediblər.

 

Tədbirdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələri haqqında ətraflı məlumat verib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.  

 

Sonda rektorlar Cəfər Cəfərov və Şirin Karadeniz Oran universitetlər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalayıblar.