Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Aygül Musayeva Azərbaycan Qadınları İT-də Mükafatının (AWITA) qaliblərindən olub.

 

O, texnologiya sənayesinin nüfuzlu şəxsləri və ictimai xadimlərdən ibarət münsiflər heyəti tərəfindən seçilərək “İlin mentoru” nominasiyası üzrə qalib elan edilib.

 

AWITA qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək üçün təşkil olunan illik tədbirdir. Missiyası sahəvi rol modelləri tanıtmaq və texnologiya sahəsinə gələcək yeni nəsil mütəxəssisləri ruhlandırmaqdır.