Macarıstanın Miskolç Universitetinin professoru Istvan Kunos Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) işgüzar səfərdə olub.

 

Səfər çərçivəsində macar qonaq UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşları ilə görüşüb və hər iki universitet arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparıb. Professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələrinə “Zamanın idarəolunması” və “Yumşaq bacarıqlar” mövzularında mühazirə də deyib. 

 

UNEC-in infrastrukturu ilə tanış olan macar professor müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də elektron tədris prosesinin təşkilini yüksək qiymətləndirib.