Böyük Britaniyanın Koventri Universitetinin prorektor müavini professor Riçard Deşvud və professor Maykl Hardi Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər. Görüşə, həmçinin Azərbaycan Menecment və Turizm Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa da qatılıb. 

 

Görüşdə ADPU–nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, rektorun müşaviri Ümid Mehdiyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və mütəxəssis Taisa Mamedova iştirak ediblər.

 

Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, beynəlxalq tədqiqatlarda birgə çalışmaq, universitetlərarası əlaqələri inkişaf etdirmək və beynəlxalq həmmüəlliflərlə məqalələr dərc etdirmək arzularını ifadə ediblər. Bundan əlavə, ikili diplom sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib və əməkdaşlığın qarşılıqlı faydalı olacağı vurğulanıb.

 

Sonda qonaqlar ADPU-nun tədris binası ilə tanış olublar.