Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başlayıb.

 

İnstitutun Təhsil şöbəsindən verilən məlumata görə, magistrantların 7 fənn əsasında yekun biliyi qiymətləndiriləcək. Həmin fənnlərdən 3-ü – fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada Mərkəzi Elmi Kitabxanada, qalan 4 ixtisasla bağlı fənn (Üzvi kimyanın nəzəri məsələləri, Üzvi kimyada fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya, Zərif üzvi sintez II) üzrə qiymətləndirmə AKİ-nin özündə tədris aparan müəllimlər tərəfindən keçiriləcək.

 

Magistrantlar yay sessiyasının ilk imtahanını “Üzvi kimyanın nəzəri məsələləri” fənnindən veriblər. Yazılı şəkildə 2 saat müddətində 5 sualı cavablandıran magistrantların bilikləri əla qiymətləndirilib.

 

Yay imtahan sessiyası 23 iyun 2023-cü il tarixində başa çatacaq.