Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və ATU İntellektual Oyunlar Klubunun üzvlərindən "Sinaps" komandasının təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" oyunu üzrə tələbələr arasında "Hippokrat" kuboku turniri keçirilib.  

 

30 sualın təqdim olunduğu turnirdə müxtəlif universitetlərin tələbələrindən ibarət 12 komanda iştirak edib. Yarışın son nəticələrinə əsasən, "Qəzəlxan" komandası I yeri qazanaraq kubokun sahibi olub. II və III yerləri isə müvafiq olaraq "Old School" və "Vendetta" komandaları əldə ediblər.

 

Qaliblər ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb. Turnirin iştirakçıları dəstəyə görə ATU THİK sədri Qoşqar İsmayılova minnətdarlıqlarını bildiriblər.