Özbəkistanın Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru Dilnoza Xocayeva, tədris hissəsinin prorektoru Nərgiza Babayeva, Təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Oybek Bozorov, Birgə təhsil proqramlarının koordinasiya şöbəsinin müdiri Şahnoza Qarşiyeva, pedaqoji fakültənin dekanı Nigora Erkaboyeva, ibtidai təhsil fakültəsinin dekanı Dilnoza Camoliddinova, rus dili və ədəbiyyatı kafedrasının müdiri Nigora Kodirova, Planlaşdırma və maliyyə şöbəsinin müdiri Nodir Xolikovdan ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, mütəxəssislər Taisa Mamedova və Gülnar Ələkbərova iştirak ediblər.

 

Görüş zamanı tərəflər təmsil etdikləri universitetlərin tarixi, strukturu, təhsil proqramları barədə bir-birini məlumatlandırıb, universitetlərarası əlaqələri inkişaf etdirmək, tərcrübə mübadiləsi aparmaq və beynəlxalq proqramlarda və layihələrdə qarşılıqlı əməkdaşlıq etmək arzularını ifadə ediblər.

 

ADPU-nun rektoru Cəfər Cəfərov mədəniyyət və incəsənət, elm, təhsil və beynəlxalq əlaqələrin inkişafındakı səmərəli xidmətlərinə görə rektor Dilnoza Xocayeva tərəfindən Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri professoru adına layiq görülüb.