Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının fəaliyyəti ilə tanış olub. Nazir həmçinin hər iki elmi müəssisədə aparılan tədqiqat işlərini nəzərdən keçirib və kollektivlə fikir mübadiləsi aparıb. 

 

Görüş zamanı adıçəkilən müəssisələrin Naxçıvanın təhsil qurumları ilə koordinasiyalı fəaliyyət istiqamətləri vurğulanıb.